22 baxış
Bu yazını paylaşın
Siyasi

Azərbaycan-Aİ Əməkdaşlıq Şurasının növbəti iclası sabah keçiriləcək

18 İyul 2022

Azərbaycan-Avropa İttifaqı (Aİ) Əməkdaşlıq Şurasının növbəti iclası sabah Brüsseldə keçiriləcək.

“TELEJURNAL” “Report”a istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) Prezidenti Ursula fon der Lyayen Azərbaycan Prezidenti İlham Əliyevlə görüşün yekunlarına əsasən bildirib.

Onun sözlərinə görə, iclas zamanı tərəflər müxtəlif sahələr üzrə ikitərəfli münasibətlərin inkişaf perspektivlərini müzakirə edəcək.

Ursula fon der Lyayen Azərbaycan və Aİ arasında yeni ikitərəfli saziş üzərində iş aparıldığını xatırladıb və tezliklə bunun yekunlaşacağına ümidvar olduqlarını bildirib.

“Aİ Azərbaycanın birinci ticarət tərəfdaşı və ixrac üçün birinci istiqamətidir”, – AK Prezidenti deyib.

Xatırladaq ki, Azərbaycan-Aİ Əməkdaşlıq Şurasının 18-ci iclası iyulun 19-u Brüsseldə keçiriləcək. Azərbaycan tərəfini iclasda XİN rəhbəri Ceyhun Bayramov təmsil edəcək.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…