36 baxış
Bu yazını paylaşın
İdman

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç medal qazanıb

04 İyul 2023

Azərbaycanın yeniyetmə ağırlıqqaldıranı Amin Osmanov Moldovanın paytaxtı Kişineuda 15-17 yaşlı oğlan və qızlar arasında keçirilən Avropa birinciliyində bir qızıl və iki gümüş medal qazanıb.

Ağır Atletika Federasiyasından  verilən məlumata görə, yaşı 17-yə qədər olan oğlanlar arasında 55 kq çəki dərəcəsində mübarizə aparan idmançı birdən qaldırma hərəkətində 99 kq nəticə göstərib və bütün rəqiblərini üstələyib.

“Göyəzən” Ağır Atletika Klubunun təmsilçisi təkanla qaldırma hərəkətində də uğurlu çıxış edib. O, 117 kq-ı başı üzərinə qaldırıb və bu hərəkətdə gümüş medala sahib çıxıb.

Toplam 216 kq (99+117) nəticə göstərən Osmanov yekun sıralamada da ikinci yeri tutub.

Qeyd edək ki, iyulun 10-dək davam edəcək yarışda 40-a yaxın ölkədən 356 atlet (165 qız və 191 oğlan) iştirak edəcək.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“Neftçi”nin “Beşiktaş”la oyunlarının yerinin dəyişdirilmə səbəbi açıqlanıb

04 Avqust 2023
“Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə klubu…

Futzal millisinin baş məşqçisi: “Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”

04 Avqust 2023
“Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”. TELEJURNAL  xəbər…

Azərbaycan klublarının ümumi dəyərləri açıqlanıb

04 Avqust 2023
Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün startı ərəfəsində klubların dəyərləri…

UEFA reytinqi: “Neftçi” və “Sabah” Azərbaycana yarım xal qazandırdılar

04 Avqust 2023
“Neftçi” və “Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsində uğurlu…