512 baxış
Bu yazını paylaşın
İctimai

Azərbaycan ADEX Sərgisində öz istehsalı olan ən son müasir silahlarını nümayiş etdirəcək

30 Avqust 2022

Azərbaycan bu il sentyabrın 6-8-də Bakıda keçiriləcək IV Azərbaycan Beynəlxalq Müdafiə (ADEX) Sərgisində əvvəlkilərdən fərqli olaraq istehsal etdiyi ən son müasir silahlarını nümayiş etdirəcək.

“TELEJURNAL.AZ” xəbər verir ki, bu barədə müdafiə sənayesinin nazirinin müşaviri Arif Babayev bu gün keçirilən mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, sərgidə təyyarə, aviasiya, zirehli döyüş sistemləri, hərbi geyim və ləvazimatlar, pilotsuz aparatlar, eyni zanmanda 44 günlük Vətən müharibəsində qələbənin qazanılmasında mühüm rol oynamış silahlar nümayiş etdiriləcək.

A.Babayev bildirib ki, Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, Müdafiə Nazirliyinin dəstəyi ilə baş tutacaq tədbirin təşkilati işlərinin icrası “Caspian Event Organisers” şirkətinə həvalə edilib: “Sərgidə 32 ölkədən 208 şirkət iştirak edəcək. Onların arasında Bolqarıstan, Çin, Fransa, İtaliya, Niderland və digər ölkələrin müdafiə sektorunun aparıcı şirkətləri da yer alacaq. Sərgiyə ilk dəfə olaraq, İordaniya şirkətləri də qatılacaq. Bu il 8 ölkə milli stendləri ilə iştirak edəcək. Bir çox ölkələr öz milli ekspozisiyalarının sahələrini artırıblar”.

Qeyd edək ki, sentyabrın 6-8-də Bakıda IV Azərbaycan Beynəlxalq Müdafiə (ADEX) və XIII Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə (Securex Caspian) sərgiləri keçiriləcək.

ADEX və Securex Caspian sərgilərinin layihə meneceri Ülkər Qasımova deyib ki, bu il ilk dəfə sərgiyə sponsorluq edən şirkətlərin də sayında artım var: “Sərginin baş sponsoru “Jadara Equipment&Defense Systems”, qızıl sponsoru “Turkish Aerospace”, bürünc sponsoru isə “ASFAT” şirkətidir”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…