151 baxış
Bu yazını paylaşın
Müsahibə

Azərbaycan 2019-cu ildən Qoşulmama Hərəkətını dünyaya tanıda bildi- Cümşüd Nuriyev

09 İyul 2023

İyulun 5-də Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü keçirilib. Politoloq Cümşüd Nuriyev keçirilən görüşü “Telejurnal”a şərh edib.

Bu görüş yüksək səviyyədə keçdi. Burada 93 ölkənin nümayəndələri,17 beynəlxalq təşkilat iştirak edirdi. Toplantını giriş sözü ilə açan Azərbaycan Prezidenti İlham Əliyev peşəkar siyasət göstərdi.

Azərbaycan-Ermənistan arasında sülh sazişinin imzalanmasına maneçilik törədən Fransanın iç üzünü açdı, onun siyasətini demək olar ki, məhv etdi. Fransa bunun altından necə çıxacaq,artıq o Fransanın problemidir. Burada Fransanın yeni müstəmləkəçilik siyasətindən danışıldı, iştirak edən ölkələrin altısının nümayəndəsi birmənalı olaraq Fransanın törətdiyi vəhşilikləri və onun müstəmləkə siyasətini gündəmə gətirdi və eyni zamanda Prezident Fransanın Əlcəzairdə, ümumiyyətlə, Şimalı Afrikada törətdiyi vəhşiliklər haqqında danışdı.

Fransa Qarabağda yaşayan ermənilər haqqında insan hüquqlarından danışırdı, Cənab Prezident Fransaya cavab olaraq onun Korsikaya ilə bağlı yürütdüyü siyasətindən söhbət açdı. Fransanın islamofobiya türkfobiya bir dövlət olduğunu və bunların başında erməniköklü Makronun olduğunu gündəmə gətirdi.

Azərbaycan 2019-cu ildən Qoşulmama Hərəkətını dünyaya tanıda bildi. Azərbaycanın Qoşulmama Hərəkətına töhfə verdiyini pandemiya dövründə sübut etdi. Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına, həmçinin Qoşulmama Hərəkətına üzv dövlətlərə yardımı qabardıldı. Afrika və Sakit okean hövzəsinə daxil olan ölkələrin nümayəndələri Azərbaycan Prezidentinin fikirlərini qəbul edərək alqışladılar. Prezident İlham Əliyev Azərbaycanın sədrliyi müddətində gördüyü işlərlə bərabər özünün peşəkar siyasətçi olduğunu bir daha təsdiqlədi. Bu Azərbaycan dövlətinin imicinə müsbət təsir etdi və İlham Əliyevi dünyanın siyasi arxitekturasını formalaşdıran siyasi memarlardan olduğunu təsdiqlədi.

Asiman Hafizqızı 

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ermənistan Cənubi Qafqazı yeni müharibə burulğanına dartmağa çalışır – İlyas Hüseynov

04 Avqust 2023
Avropa İttifaqının monitorinq missiyası Ermənistanın Sünik bölgəsində - Azərbaycanla…

“Qisas” əməliyyatı və Azərbaycan-Ermənistan münasibəti- Məhəmməd Əsədullazadə

03 Avqust 2023
Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni…

Qarabağda cinayət törədənlərin hər biri cəzasını çəkəcək-Elman Cəfərli

03 Avqust 2023
Erməni silahlı qüvvələri tərəfindən 1991-ci il dekabrın 22-də Xocalı…

Ermənilərin vətəndaşlıq arzusu: Bakı “qaynar xətt”ə gələn zənglərə hansı cavabı verəcək?-İlyas Hüseynov

03 Avqust 2023
Qarabağda yaşayan erməni sakinlər üçün yaradılmış “Qaynar xətt”ə 100-ə…