23 baxış
Bu yazını paylaşın
Siyasi

Azay Quliyev: Azərbaycanı öz ərazisində hərbi əməliyyat keçirməsinə görə ittiham etmək sadəcə olaraq gülüncdür

24 Fevral 2022

Fevralın 24-25-də Vyanada Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) hibrid formatda 21-ci qış sessiyası keçirilir.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, sessiyanın ilk günü Assambleyanın hər üç komitəsinin birgə iclasında ATƏT məkanında əsas çağırışlar və Ukraynadakı vəziyyət müzakirə olunub. Ermənistan parlament nümayəndə heyətinin üzvü Eduard Ağacanyan gündəlikdəki mövzulardan tamamilə uzaqlaşaraq, Azərbaycana qarşı ənənəvi ittihamlar səsləndirib.
Milli Məclisin deputatı, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, qurumun vitse-prezidenti və Cənub-Şərqi Avropa üzrə xüsusi nümayəndəsi Azay Quliyev çıxışında bildirib ki, əslində fərqli mövzuda çıxış etmək niyyətində olsa da, Ermənistan nümayəndə heyəti növbəti fürsəti əldən verməyərək, Azərbaycana qarşı əsassız ittihamlarla dolu çıxışına cavab verməlidir. Deputat qeyd edib ki, Ermənistan nümayəndə heyətinin son iki ildə ATƏT PA-nın sessiyalarına hazır mətnlərlə gəldiyinə və cari müzakirələrin mövzusundan asılı olmadan həmin mətnləri səsləndirdiklərinə dair təəssürat yaranır. Hər dəfə eyni yalanlar söylənir, hər dəfə eyni ittihamlar təkrarlanır. Bu isə təəssüf doğurur, çünki 30 ildən bəri Azərbaycanın 20 faizini işğal altında saxlayan Ermənistanın nümayəndələrinin bu kimi mövzulara toxunmağa haqları çatmır: “Azərbaycanı öz dövlət ərazisində hərbi əməliyyat keçirməsinə görə ittiham etmək sadəcə olaraq gülüncdür. Azərbaycan öz ərazilərini işğaldan azad edib və bu zaman BMT Xartiyasının 51-ci maddəsinə əsaslanıb, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin icrasını təmin edib. Bununla da Ermənistanın Azərbaycan ərazilərinin işğalına və təcavüzünə son qoyulub”.
Azay Quliyev vurğulayıb ki, Ermənistan nümayəndəsi eyni tərzdə aqressiyanı beynəlxalq dialoq platforması olan ATƏT PA-da da nümayiş etdirməyə çalışır. O, Ermənistan tərəfinin bu rəftarının qəbuledilməz olduğunu bildirib, erməni nümayəndələrindən konstruktiv mövqe nümayiş etdirməyi, assambleyanın dialoq ruhuna uyğun müzakirələr aparmağı və Azərbaycana qarşı əsassız ittihamlardan əl çəkməyi tələb edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…