40 baxış
Bu yazını paylaşın
Siyasi

Azad edilmiş ərazilərə icazəsiz keçməyə cəhd edən şəxs saxlanılıb

31 İyul 2023

Füzuli rayonu istiqamətində nəzarət buraxılış postundan müvafiq icazə olmadan keçməyə cəhd edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan  bildirilib ki, iyulun 31-də Füzuli rayonu ərazisindəki nəzarət postundan keçmək istəyən bir nəfərin təqdim etdiyi şəxsiyyət vəsiqəsinin özünə aid olmaması şübhə doğurduğundan araşdırmalar aparılıb.

Nəticədə həmin şəxsin Masallı rayonunun Xırmandalı kənd sakini Vüsal Fərzəliyev olduğu müəyyən edilib.

Faktla bağlı Füzuli RPŞ-də toplanmış materiallar əsasında məsələyə hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə V.Fərzəliyevin barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 8 sutka müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…