145 baxış
Bu yazını paylaşın
İqtisadi

Ayaz Müseyibov: Qlobal iqtisadi artım zəifləyəcək

26 Yanvar 2022

Beynəlxalq Valyuta Fondu (BVF) qlobal iqtisadiyyatla bağlı proqnozlarına dəyişikliklər edib. Hesabatda gözlənilənin əksinə olaraq, 2022-ci ilə qlobal iqtisadiyyatın daha zəif göstəricilərlə daxil olduğu vurğulanır.
“TELEJURNAL”  AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə İİTKM-nin departament rəhbəri Ayaz Müseyibov deyib.
O qeyd edib ki, yeni ştamların meydana gəlməsi ilə bir sıra ölkələrin məhdudiyyətlərin tətbiqini yeniləməsi bu prosesə öz mənfi təsirini göstərib. Enerji qiymətlərinin artması və təklif kanallarındakı pozulmalar inflyasiya proseslərinin gözləniləndən daha artıq formada baş verməsi ilə nəticələnib.
Beləliklə, ötən ilin 5,9 faizlik artımı ilə müqayisədə qlobal iqtisadiyyatın bu il əvvəlki proqnozlara nisbətən yarım faiz bəndi daha az, yəni 4,4 faiz artım göstərəcəyi proqnoz olunur. 2023-cü illə bağlı isə əksinə mövcud artım proqnozu 0,2 faiz bəndi artırılmaqla 3,8 kimi qeyd olunub. Bu isə vaksinasiyanın bu il daha çox artacağına və xəstəliyin müalicəsinə olan ümid və gözləntilərlə bağlıdır.
Qlobal miqyasda iki mühüm məsələ – inkişafda olan ölkələrdən kapitalın qaçışı və qlobal geopolitik risklər yüksək olaraq qalmaqdadır. Bütün bunları nəzərə alaraq, ölkələrə inflyasiyanın cilovlanması üçün daha sərt monetar siyasət yeridilməsi, limitlənmiş fiskal imkanların isə səhiyyə və sosial istiqamətə yönəldilməsi təklif olunur.
“Qeyd edim ki, daha öncəki hesabatlarında bank sektoru üçün, xüsusi ilə də inkişafda olan ölkələrdə korporativ borclar, bank olmayan kredit təşkilatlarında həssas maliyyə vəziyyəti, maliyyə bazarlarına çıxış, gəlirliliyin azalması kimi çağırışlarla adekvat mübarizə aparmaq üçün BVF makroprudenisal siyasət çərçivəsinin formalaşdırılmasını tövsiyə edirdi, hansı ki, kifayət qədər aktuallıq kəsb edir. Eyni zamanda, vaksinləşmənin artırılması, qlobal əməkdaşlığın gücləndirilməsi kimi ənənəvi məqsədlərlə yanaşı, iqlim dəyişikliyi ilə mübarizənin gücləndirilməsinə xüsusi çağırış edilir. Bu isə təsadüfi deyil, çünki iqlim dəyişikliyi ilə qlobal mübarizə “iqlimin xilası” üçün deyil, məhz iqtisadiyyatların özünün inkişafı naminə aparıldığı təsdiqlənən dayanıqlı inkişaf çağırışıdır”, – deyə departament rəhbəri əlavə edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…