36 baxış
Bu yazını paylaşın
Dünya

Avstriyalı tələbələr üçün Azərbaycan muğamları və tar mövzusunda ustad dərsi təşkil olunub

10 Aprel 2022

 

Əməkdar artist, tanınmış tarzən Sahib Paşazadə incəsənət sahəsində dünyanın məşhur ali təhsil ocaqları sırasında yer alan Vyana Musiqi və Təsviri İncəsənət Universitetində ustad dərsi keçib.

“Telejurnal” AZƏRTACA istinadən xəbər verir ki, “Salam.Orient” festivalı ilə əməkdaşlıq çərçivəsində baş tutan dərsdə universitetin Xalq musiqisi tədqiqatları və etnomusiqişünaslıq ixtisası üzrə baş mütəxəssisi, professor Marko Kölbl Azərbaycan muğamı haqqında ümumi məlumat verib.

S. Paşazadə tələbələrə Azərbaycan muğamlarının quruluşu və digər ölkələrin muğamlarından fərqləndirici xüsusiyyətləri barədə danışıb, tar musiqi alətini təqdim edərək, onun tarixi inkişaf və təkamül yolu, Azərbaycan klassik muğam musiqisində yerindən, UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs Siyahısına salınmasından bəhs edib.

Tarzən, həmçinin dinləyicilərə Azərbaycan tarının digər ölkələrdə fərqli formalarda istifadə olunan bənzər musiqi alətləri ilə fərqləndirici xüsusiyyətləri və onun bütün mizrab ştrixləri barədə nəzəri məlumatları diqqətə çatdırıb.

Sonra S. Paşazadə tarın ifasında Azərbaycanın yeddi əsas muğamından qısa parçalar ifa edib, xarakterik xüsusiyyətlərə toxunub, eləcə də tar üçün bəstələnmiş klassik musiqi əsərləri barədə danışıb. Qeyd edilib ki, dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyli beş əsas muğam pərdəsini saxlamaqla tar milli musiqi alətini Avropa klassik musiqi alətləri ilə bir cərgəyə çıxarıb.

Ustad dərsinin sonunda S. Paşazadə tələbələrlə birlikdə “Mahur” muğamından parça ifa edib. Xüsusi maraqla qarşılanan ustad dərsinin gələcəkdə tədris planı çərçivəsində təqdim olunması arzusu ifadə edilib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…