26 baxış
Bu yazını paylaşın
Dünya

Avstriyada turist gecələmələri pandemiyadan əvvəlki vəziyyətə çatıb.

28 İyul 2022

Avstriyada turizm göstəricilərində müsbət irəliləyişlər qeydə alınıb və cari yay mövsümündə turist gecələmələrinin sayı pandemiyadan əvvəlki səviyyəyə çatıb.

TELEJURNAL.az AZƏRTAC-a istinadən  xəbər verir ki, Avstriya Statistika İdarəsinin hesabatına əsasən, may-iyun aylarında ölkə üzrə 19,2 milyon gecələmə qeydə alınıb. Bu isə pandemiyadan öncəki 2019-cu illə (20,1 milyon) müqayisədə cəmi 4,5 faiz azdır.

Qeyd edilib ki, turistlərin əksər hissəsi (təxminən 12 milyon gecələmə) təkcə iyun ayında Avstriyada dincəlməyə üstünlük veriblər. Bu göstərici ötən ildən 60,6 faiz çox və 2019-cu illə təxminən bərabər olub. Avstriyada dincələn turistlər arasında yerli əhali çoxluq təşkil edib.

Yarımillik yay mövsümünün ilk üçdəbir hissəsinə dair statistik göstəricilər Avstriyada turizm sektorunun qısa zamanda pandemiyanın yaratdığı böhrandan çıxa biləcəyini göstərir. Lakin pandemiya dövründə bu sektorda müəssisələrin uzun müddət bağlı qalması hazırda işçi çatışmazlığı ilə nəticələnib.

Qeyd edilib ki, payızda sosial tərəfdaşların zirvə toplantısında turizm sektorunda məşğulluq şəraitinin yaxşılaşdırılması, bu sahənin cəlbediciliyinin artırılması və gənc insanlar üçün uyğun təkliflərin təqdimi kimi məsələlər müzakirə edilməlidir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…