112 baxış
Bu yazını paylaşın
Siyasi

Avstraliyanın Sudney şəhərində Novruz bayramı qeyd olunub

25 Mart 2022

Avstraliyanın Yeni Cənubi Uels ştatının paytaxtı Sidney şəhərində Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, ştat parlamentinin təşkilatçılığı ilə baş tutan bayram şənliyində millət vəkilləri, Sidney şəhərinin bələdiyyə sədri, Novruz bayramını qeyd edən müxtəlif milli icmaların nümayəndələri iştirak ediblər. Onların arasında Avstraliya Azərbaycanlıları Assosiasiyasının (AAA) sədri Mikayıl Oyta, Avstraliya-Azərbaycan Mədəniyyət Assosiasiyasının (AAMA) sədri Elxan Məmmədov və digər diaspor nümayəndələri də olublar.
Tədbirdə çıxış edən Mikayıl Oyta bayramın Azərbaycanda keçirilməsinin tarixi, bu bayramla əlaqədar adət-ənənələrimiz barədə geniş məlumat verib. Assosiasiya sədri bayram münasibətilə bütün iştirakçıları təbrik edib, onlara əmin-amanlıq, sülh və rifah içərisində yaşamağı arzulayıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…