382 baxış
Bu yazını paylaşın
İqtisadi

Avrora Qrup ən son avadanlıqlarla təchiz edilmiş laboratoriyasının açılışını edib

26 Yanvar 2022

“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, Avrora Qrup “Davamlı inkişaf və mükəmməllik” dəyərinə sadiq qalaraq daha bir yeniliyə imza atıb. Şirkət AZS ISO/IEC 17025:2020 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər” standartına uyğun akkreditasiyadan keçmiş laboratoriyasının açılışını edib.

Laboratoriya fiziki-kimyəvi və mikrobioloji sınaqları həyata keçirilən 2 bölmədən ibarətdir. Fiziki-kimyəvi sınaqlar laboratoriyasında şirkətin istehsalı olan un, unlu qənnadı məmulatları, makaron məmulatları, az alkoqollu və alkoqolsuz qazlı içkilər, qablaşdırılmış içməli su, həmçinin taxıl, istehsal olunan məhsulların xammalları və yarımfabrikatlarının sınaqları aparılacaq. Mikrobioloji sınaqlar laboratoriyası adıçəkilən məhsullarda mikroorqanizmlərin təyini üçün tələb olunan ən müasir avadanlıqlarla təchiz edilib.
“Avrora” MMC yeni laboratoriyasında İsveçin “Perten”, Almaniyanın “Brabender və Gerhardt”, Türkiyənin “Nüve” şirkətlərinə məxsus avadanlıqları quraşdırıb.
Qeyd edək ki, laboratoriya kənar şirkətlərə də xidmət göstərəcək. Fiziki-kimyəvi və mikrobioloji analiz aparmaq istəyən şirkətlər *0100 qaynar xəttinə zəng edərək ətraflı məlumat əldə edə bilərlər.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…