38 baxış
Bu yazını paylaşın
Cəmiyyət

Avropa və Amerika ölkələrinə getmək istəyən qanunsuz miqrasiya kanalı təşkil edən 39 nəfər saxlanılıb

08 May 2023

İnsan alveri və məcburi əmək qurbanlarının, o cümlədən uşaqların, əcnəbilərin yaxud vətəndaşlığı olmayan şəxslərin müəyyənləşdirilməsi istiqamətində keçirilmiş tədbirlər zamanı – Azərbaycan, Türkiyə və İran ərazilərindən istifadə etməklə Avropa və Amerika ölkələrinə getmək istəyən qanunsuz miqrasiya kanalı təşkil edən 39 nəfər saxlanılıb.

TELEJURNAL  xəbər verir ki, bu barədə Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun 2022-ci il üzrə hesabatında bildirilir.

Qeyd edilib ki, aparılmış araşdırmalarla həmin şəxslərin əməllərində insan alveri cinayətinin əlamətləri aşkar edilmədiyindən onlar haqqında ölkə ərazisindən inzibati qaydada çıxarılma tətbiq olunub.

Hesabat ilində uşaq əməyinin istismarının qarşısının alınması üzrə həyata keçirilən reydlər zamanı ailə mühitindən, pedaqoji və ictimai təsir vasitələrindən kənarda qalan, küçələrdə işləyən və dilənçilik edən 685 uşaq, eləcə də buna şərait yaradan 232 valideyn aşkarlanıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Pirallahı və Siyəzəndə qanunsuz balıq ovlayan şəxslər saxlanılıb

20 İyul 2023
Pirallahı və Siyəzəndə qanunsuz balıq ovlayan şəxslər saxlanılıb. Bu…

Qazinin çənəsini sındırmaqda təqsirləndirilən idmançının məhkəməsi başlayıb

20 İyul 2023
Bu gün Binəqədi Rayon Məhkəməsində Dövlət Tibbi-Sosial Ekspertiza və…

Bu il 17 erkən nikahın qarşısı alınıb

19 İyul 2023
“2023-cü ilin birinci yarımili ərzində 17 erkən nikahın qarşısı…

Komitəyə məişət zorakılığı ilə bağlı müraciətlər 10% artıb

19 İyul 2023
"Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məişət…