68 baxış
Bu yazını paylaşın
Siyasi

Avropa Şurasının Baş katibi Bakıda Azərbaycan üzrə yeni Fəaliyyət Planını təqdim edir

05 Aprel 2022

Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç bu gün Bakıda qurumun Azərbaycan üçün 2022-2025-ci illər üzrə yeni Fəaliyyət Planını təqdim edir.

“TELEJURNAL” Report-a istinadən xəbər verir ki, tədbirin açılış sessiyasında ədliyyə naziri Fikrət Məmmədov, Xarici İşlər Nazirliyinin və Fəaliyyət Planını təqdim edəcək Avropa Şurasının Bakıdakı ofisinin yüksək səviyyəli nümayəndələri, benefisiar təşkilatlar və beynəlxalq birliyin üzvləri iştirak edirlər.

Qeyd olunub ki, Azərbaycan üçün 2022-2025-ci illər üzrə Fəaliyyət Planı Nazirlər Komitəsi tərəfindən fevralın 16-da qəbul edilib. Plan insan hüquqları, qanunun aliliyi və demokratiya sahələrində Azərbaycan qanunvericiliyini, institutlarını və təcrübəsini Avropa Şurasının standartlarına daha da uyğunlaşdırmaq məqsədi daşıyan strateji proqramlaşdırma alətidir.

Fəaliyyət Planı ölkənin Avropa Şurasına üzv dövlət kimi öz öhdəliklərinə əməl etmək səylərini dəstəkləmək məqsədi daşıyır. Həmçinin qanunvericiliyin Avropa və beynəlxalq standartlara uyğunlaşdırılmasına, institusional potensialın artırılmasına, qabaqcıl təcrübələrin tətbiqinə və Azərbaycan vətəndaşlarının həyat səviyyəsinin yüksəldilməsinə xidmət edir.

Fəaliyyət Planı Avropa Şurasının qanuni orqanlarının va monitorinq orqanlarının əvvəlki qərar və tövsiyələrini, habelə milli islahat gündəliyini nəzərə alır. Fəaliyyət Planının ümumi büdcəsi 9,6 milyon avro təşkil edir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…