49 baxış
Bu yazını paylaşın
Siyasi

Avropa Şurası Parlament Assambleyasının qış sessiyası fərqli formada keçiriləcək

02 Yanvar 2021

Üzvlərinin yenidən görüşməsi məqsədilə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2021-ci il yanvarın 25-dən 28-dək keçiriləcək növbəti qış sessiyası fərqli formatda təşkil olunacaq. Parlament Assambleyası üzvlərinin bir qismi Strasburqda sessiyada iştirak edəcək, digər qismi isə sessiyaya virtual qoşulacaq.
Telejurnal.az AZƏRTAC-a istinadən xəbər verir ki, AŞPA-nın qış sessiyasında Avropa Şurasının Baş katibinin müavini, Parlament Assambleyasının Baş katibi, eləcə də Yunanıstan və İsveçrə üzrə hakimlər seçiləcək. Bu seçkilər fərdi elektron şəkildə təşkil olunacaq.
Almaniyanın qurumun Nazirlər Komitəsinə sədrliyi çərçivəsində Almaniya Federal xarici işlər naziri Heiko Maas Assambleya üzvləri qarşısında çıxış edəcək, onların suallarını cavablandıracaq. Baş katib Marija Pejčinović Burić məruzəsini təqdim etdikdən sonra Assambleya üzvlərinin suallarına cavab verəcək.
Sessiya çərçivəsində COVID-19 peyvəndi ilə bağlı etik, hüquqi və praktiki mövzular ətrafında debatlar aparılacaq.
Sessiyanın gündəliyindəki mövzular arasında etnik profilləşmə, təşkilata üzv ölkələrdə QHT-lərin fəaliyyətindəki məhdudiyyətlər və xroniki xəstəliyi olan insanlara qarşı ayrı-seçkiliyə dair mövzular da yer alır.
Dörd gün davam edəcək sessiyada Polşa və Moldovada hakimlərin müstəqilliyi, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrası ilə bağlı mövzuların, eləcə də Assambleyanın Monteneqroda həyata keçirdiyi monitorinqdən sonrakı dialoqa dair nəzarət prosedurlarının təkamülünə dair debatların aparılması planlaşdırılıb.
Assambleyanın plenar iclasında Gürcüstandakı seçkilərə dair hesabat müzakirə ediləcək. Sonda üzv dövlətlər qanuni öhdəlikləri ilə bağlı ciddi pozuntuya yol verdiyi təqdirdə Parlament Assambleyası və Nazirlər Komitəsinin birgə Prosedura -2319 (2020) saylı Qətnaməyə nəzarətlə bağlı qurumun Nizamnaməsində dəyişikliyə dair fikirlər səsləndiriləcək.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…