24 baxış
Bu yazını paylaşın
Dünya

Avropa Siyasi Birliyinin sammitində təhlükəsizlik və energetika məsələləri müzakirə olunacaq

31 May 2023

İyunun 1-2-də Moldovanın paytaxtı Kişineuda keçiriləcək Avropa Siyasi Birliyinin sammitinin iştirakçıları enerji sektorunda təhlükəsizlik və əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.

”Telejurnal.az” xəbər verir ki, bu barədə Moldova Prezidenti Maya Sandu “TVR Moldova”nın efirində bildirib.

“Ukrayna üçün nə etmək olar, Moldova üçün nə etmək olar. Biz ölkələrimiz arasında münasibətləri necə gücləndirmək barədə danışacağıq ki, bütün problemlər sülh yolu ilə çözülsün. Biz kibertəhlükəsizliyi müzakirə edəcəyik, çünki bu, bir çox ölkə üçün prlblemdir”, – Sandu deyib.

O vurğulayıb ki, Moldova enerji resurslarının maya dəyərini azaltmaq üçün enerji sektoruna investisiyaların cəlb edilməsində maraqlıdır və hakimiyyət büdcə vəsaitlərini əhali üçün kommunal tariflərin kompensasiyasına deyil, digər ehtiyaclara xərcləyə biləcək.

“Enerji təhlükəsizliyi də çox vacibdir. Biz bunu yaşadıq və bərpa olunan enerjiyə keçidi, eləcə də şaxələndirməni necə sürətləndirməyi müzakirə edəcəyik”, – Moldovanın lideri əlavə edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…