31 baxış
Bu yazını paylaşın
İdman

Avropa Oyunları: Azərbaycan medal sıralamasında 5 pillə geriləyib

24 İyun 2023

Polşada keçirilən III Avropa Oyunlarının beşinci günündən sonra Azərbaycanın aktivindəki medalların sayı dəyişməyib.

Telejurnalın məlumatına görə, ölkə 2 qızıl, 1 gümüş və 2 bürünc medalla ümumi sıralamada 5 pillə geriləyərək, 15-ci sıraya enib.

İlk “4-lük”də də dəyişiklik baş verib. Medal əyarına görə sıralamaya əvvəlkitək İspaniya (13 qızıl, 8 gümüş, 8 bürünc) başçılıq edir. İtaliya (11 qızıl, 12 gümüş, 15 bürünc) ikinci pillədəki yerini qoruyub. Ukrayna 3-cü (9 qızıl, 6 gümüş, 3 bürünc), Almaniya (8 qızıl, 9 gümüş, 5 bürünc) isə 4-cü sıraya yüksəlib.

İndiyədək ümumilikdə 38 ölkə medal qazana bilib.

Qeyd edək ki, Azərbaycan yığması medallarını 2 növdə – karate (2 qızıl, 1 bürünc) və taekvondoda (1 gümüş, 1 bürünc) əldə edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“Neftçi”nin “Beşiktaş”la oyunlarının yerinin dəyişdirilmə səbəbi açıqlanıb

04 Avqust 2023
“Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə klubu…

Futzal millisinin baş məşqçisi: “Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”

04 Avqust 2023
“Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”. TELEJURNAL  xəbər…

Azərbaycan klublarının ümumi dəyərləri açıqlanıb

04 Avqust 2023
Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün startı ərəfəsində klubların dəyərləri…

UEFA reytinqi: “Neftçi” və “Sabah” Azərbaycana yarım xal qazandırdılar

04 Avqust 2023
“Neftçi” və “Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsində uğurlu…