25 baxış
Bu yazını paylaşın
İdman

Avropa Liqası və Konfrans Liqasında həftənin oyunçuları argentinalılar olublar

19 May 2023

UEFA Avropa Liqası (AL) və Konfrans Liqasında (KL) yarımfinal mərhələsinin cavab matçlarından sonra həftənin ən yaxşı oyunçuları müəyyənləşib.

Telejurnal  qitə futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, AL-də bu ada İspaniya “Sevilya”sından Erik Lamela layiq görülüb. Argentinalı yarımmüdafiəçi evdə İtaliya “Yuventus”unu 2:1 hesabı ilə məğlub etdikləri görüşdə qələbə topunun müəllifi olub.

KL-də isə həftənin oyunçusu İtaliya “Fiorentina”sından Nikolas Qonsales seçilib. Argentina millisinin hücumçusu İsveçrədə “Bazel”ə 3:1 hesabı ilə qalib gəldikləri qarşılaşmada iki qol vurub.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“Neftçi”nin “Beşiktaş”la oyunlarının yerinin dəyişdirilmə səbəbi açıqlanıb

04 Avqust 2023
“Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə klubu…

Futzal millisinin baş məşqçisi: “Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”

04 Avqust 2023
“Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”. TELEJURNAL  xəbər…

Azərbaycan klublarının ümumi dəyərləri açıqlanıb

04 Avqust 2023
Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün startı ərəfəsində klubların dəyərləri…

UEFA reytinqi: “Neftçi” və “Sabah” Azərbaycana yarım xal qazandırdılar

04 Avqust 2023
“Neftçi” və “Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsində uğurlu…