200 baxış
Bu yazını paylaşın
İctimai

Avropa Liqası: “Qarabağ”ın pley-offdakı potensial rəqibləri qarşılaşır

09 Avqust 2022

Bu gün futbol üzrə UEFA Avropa Liqasında III təsnifat mərhələsinin cavab matçlarına start veriləcək.

“TELEJURNAL.AZ”ın məlumatına görə, günün yeganə qarşılaşmasında “Qarabağ”ın bu turnirin pley-offundakı potensial rəqibləri üz-üzə gələcəklər.

Şimali Makedoniya “Şkupi”si evdə İrlandiyanın “Şemrok Rovers” klubunu sınağa çəkəcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Dublindəki ilk matçda yerli komanda 3:1 hesablı qələbə qazanıb.

UEFA Avropa Liqası

III təsnifat mərhələsi, cavab oyunu

9 avqust

23:00. “Şkupi” (Şimali Makedoniya) – “Şemrok Rovers” (İrlandiya)

İlk oyun – 1:3

Qeyd edək ki, “Qarabağ” gün UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda Macarıstan “Ferentsvaroş”un qonağı olacaq. Bakıdakı ilk matçda 1:1 hesablı heç-heçə edən Azərbaycan çempionu məğlub olsa, Avropa Liqasının pley-off mərhələsində “Şkupi” (Şimali Makedoniya) – “Şemrok Rovers” (İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…