261 baxış
Bu yazını paylaşın
İctimai

Avropa Liqası: “Qarabağ”ın 11 potensial rəqibi dəqiqləşib

25 Avqust 2022

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki potensial rəqiblərindən 11-i dəqiqləşib.

“TELEJURNAL.AZ”ın məlumatına görə, “köhlən atlar” avqustun 26-da gerçəkləşəcək püşkatma mərasimində ikinci səbətdə yer alacaq.

İndiyədək birinci səbətdəki 8 klubdan 7-nin adına aydınlıq gəlib. Bunlar “Mançester Yunayted”, “Arsenal” (hər ikisi İngiltərə), “Roma”, “Latsio” (hər ikisi İtaliya), “Braqa” (Portuqaliya), “Dinamo” (Kiyev, Ukrayna), “Srvena Zvezda” (Serbiya) komandalarıdır.

Hələlik üçüncü səbətdə Almaniyanın “Union” (Berlin) və “Frayburq”, dördüncü səbətdə isə Belçika “Yunion” ilə Türkiyə “Trabzonspor”unun olacağı dəqiqdir.

PSV (Niderland), “Renn” (Fransa), “Monako” (Fransa) və “Real Sosyedad” (İspaniya) II səbətdə yer alacaq və “Qarabağ”la düşməyəcək.

Qeyd edək ki, UEFA Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazanan sonuncu 10 komanda bu gün keçiriləcək pley-off mərhələsinin cavab matçlarından sonra bəlli olacaq. Həmin görüşlərin ardından səbətlərin tərkibi tam müəyyənləşəcək.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…