17 baxış
Bu yazını paylaşın
İctimai

Avropa Liqası: “Qarabağ” ilk qələbəsini darmadağınla qazanıb

16 Sentyabr 2022

“Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.

“TELEJURNAL.AZ”ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu komanda G qrupunun II turunda Bakıda Fransa “Nant”ı ilə üz-üzə gəlib.

Tofiq Bəhramov adına Respublika stadionundakı azarkeşlər qarşılaşma başlamamışdan əvvəl Ermənistanla sərhəddə hərbi əməliyyatlar zamanı şəhid olan Azərbaycan hərbçilərinin xatirəsini sükutla yad ediblər.

Görüşün ilk 10 dəqiqəsi kəşfiyyat xarakteri dəyişib. 14-cü dəqiqədə Fransa təmsilçisinin futbolçusu Moyzes Simonun fərqlənməsinə qapıçı Şahruddin Məhəmmədəliyev mane olub. “Köhlən atlar” ilk hissənin ortalarından təşəbbüsü ələ alıb.

Simon 27-ci dəqiqədə Məhəmmədəliyevlə təkbətək çıxsa da, növbəti dəfə dueldən məğlub ayrılıb. 30 dəqiqənin tamamında Elvin Cəfərquliyevin zərbəsindən sonra top qapının üstündən keçib. Daha sonra Kvabena Ovusu qolkiperlə təkbətək çıxsa da, fürsətdən yararlana bilməyib. “Qarabağ” hissənin sonlarında hücumlarının kəsərini artırıb. 43-cü dəqiqədə Bədavi Hüseynov başla fərqlənməyə yaxın olsa da, rəqib qapıçı Alban Lyafon hesabın açılmasına imkan verməyib.

İkinci yarıda da Azərbaycan təmsilçisi topa daha çox nəzarət edən tərəf olub. 51-ci dəqiqədə Ovusu növbəti dəfə Lyafon səddini keçə bilməyib. Buna baxmayaraq, 25 yaşlı qanalı hücumçu 60-cı dəqiqədə hesabı açmağa müvəffəq olub. 5 dəqiqə sonra Kadi Borgesin ötürməsindən sonra Abdullah Zubir hesab arasındakı fərqi artırıb. 72-ci dəqiqədə Marko Yankoviç baxımlı qola imza ataraq qonaqları məyus edib. “Nant” sonrakı dəqiqələrdə hesab arasındakı fərqi azaltmağa çalışsa da, istəyinə çata bilməyib.

Rəqibini 3:0 hesabı ilə məğlub edən “Qarabağ” qrup mərhələsində ilk qələbəsini qazanıb.

G qrupunun digər matçında Almaniya “Frayburq”u Yunanıstanda “Olimpiakos”u 3:0 hesabı ilə üstələyib. Bundesliqa klubu 2 turdan sonra 6 xalla liderdir. “Nant” və “Qarabağ”ın 3 xalı var. Sonuncu sıradakı “Olimpiakos”un isə xalı yoxdur.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…