26 baxış
Bu yazını paylaşın
İctimai

Avropa Liqası: “Qarabağ” bu gün Fransa klubu ilə qarşılaşacaq

15 Sentyabr 2022

“Qarabağ” bu gün UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.

“TELEJURNAL.AZ”ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu komanda G qrupundakı II sınağında Fransa “Nant”ını qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:45-də başlayacaq. Görüşü Enea Yorqyinin başçılıq etdiyi albaniyalı hakimlər briqadası idarə edəcək.

“Köhlən atlar”dan zədəli Kevin Medina, Maksim Medvedev və Bədavi Hüseynov oyunu buraxacaq. Qonaqlardan isə Şarl Traore eyni səbəbdən meydana çıxmayacaq.

“Nant” ilk turda Yunanıstan “Olimpiakos”unu məğlub edib – 2:1. “Qarabağ” isə Almaniyada “Frayburq”a eyni hesabla uduzub.

G qrupunun digər matçında “Olimpiakos” “Frayburq”u qəbul edəcək.

UEFA Avropa Liqası

Qrup mərhələsi, II tur

15 sentyabr

20:45. “Qarabağ” (Azərbaycan) – “Nant” (Fransa)

Baş hakim: Enea Yorqyi (Albaniya)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Xal durumu: “Frayburq” – 3. “Nant” – 3. “Qarabağ” – 0. “Olimpiakos” – 0.

Qeyd edək ki, qrupun digər matçında “Frayburq” “Olimpiakos”un qonağı olacaq.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…