448 baxış
Bu yazını paylaşın
Dünya

Avropa Liqası: “Fənərbağça”dan darmadağın, “Şkupi” səfərdə uduzub

05 Avqust 2022

UEFA Avropa Liqasında 2022/2023 mövsümünə start verilib.

“TELEJURNAL.AZ”ın məlumatına görə, turnir III təsnifat mərhələsininin ilk oyunları ilə başlayıb. Bu raundda 14 komandanın iştirakı ilə 7 görüş baş tutub.

Gecənin maraqla gözlənilən matçlarından biri Türkiyədə gerçəkləşib. “Fənərbağça” evdə Çexiyanın “Slovaçko” komandasını darmadağın edib – 3:0.

Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsində mübarizə aparan Azərbaycan təmsilçisi “Qarabağ”ın Avropa Liqasının pley-offundakı potensial rəqibləri olan İrlandiyanın “Şemrok Rovers” və Şimali Makedoniyanın “Şkupi” klubları Dublində üz-üzə gəliblər. Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. “Köhlən atlar” ÇL-də Macarıstan “Ferentsvaroş”unu keçə bilməsə, bu cütün qalibi ilə qarşılaşacaq. Ağdam təmsilçisi Bakıdakı ilk matçda Budapeşt klubu ilə heç-heçəyə razılaşıb – 1:1.

UEFA Avropa Liqası

III təsnifat mərhələsi, ilk oyunlar

4 avqust

20:00. AEK (Larnaka, Kipr) – “Partizan” (Serbiya) – 2:1

Qollar: Anhel Qarsiya, 34. Xrvoe Miliçeviç, 70 – Kvensi Meniq, 18

21:00. “Malmö” (İsveç) – “Düdelanj” (Lüksemburq) – 3:0

Qollar: İsaak Telin, 51. Ula Toyvonen, 81. Belko Birmançeviç, 85

Qırmızı vərəqə: Şarl Morren, 31 (“Düdelanj”)

21:00. “Fənərbağça” (Türkiyə) – “Slovaçko” (Çexiya) – 3:0

Qollar: Emre Mor, 17. Linkoln Enrike, 45+2; 81

Qırmızı vərəqə: Stanislav Hofman, 48 (“Slovaçko”)

22:15. “Maribor” (Sloveniya) – HİK (Helsinki, Finlandiya) – 0:2

Qollar: Devid Braun, 47. Boyan Raduloviç, 64

22:45. “Linfild” (Şimali İrlandiya) – “Sürix” (İsveçrə) – 0:2

Qollar: Tosin Ayequn, 8. Vilfred Qnonto, 64

23:00. “Şemrok Rovers” (İrlandiya) – “Şkupi” (Şimali Makedoniya) – 3:1

Qollar: Qrehem Burk, 13 (penalti). Dilan Uotts, 29. Qari Onill, 90+7 – Keven, 77

Qırmızı vərəqə: Valid Həmidi, 84 (“Şkupi”)

23:00. “Olimpiakos” (Yunanıstan) – “Slovan” (Bratislava, Slovakiya) – 1:1

Qollar: Yusuf El-Arabi, 87 – Andre Qrin, 63

Qeyd edək ki, bu mərhələnin cavab görüşləri avqustun 11-də keçiriləcək.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…