344 baxış
Bu yazını paylaşın
İctimai

Avropa Liqası: Bu gün “Qarabağ”ın qrupdakı rəqibləri bəlli olacaq

26 Avqust 2022

Bu gün UEFA Avropa Liqasında qrup mərhələsinin püşkü atılacaq.

“TELEJURNAL.AZ”ın məlumatına görə, Türkiyənin İstanbul şəhərindəki mərasim Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Tədbirdə Azərbaycan təmsilçisi “Qarabağ”ın da qrupdakı rəqibləri müəyyənləşəcək. “Köhlən atlar” püşkatmaya 2-ci səbətdən qatılacaq.

1-ci səbət: “Roma”, “Latsio” (hər ikisi İtaliya), “Mançester Yunayted”, “Arsenal” (hər ikisi İngiltərə), “Braqa” (Portuqaliya), “Srvena Zvezda” (Serbiya), “Dinamo” (Kiyev, Ukrayna), “Olimpiakos” (Yunanıstan)

2-ci səbət: PSV, “Feyenoord” (hər ikisi Niderland), “Renn”, “Monako” (hər ikisi Fransa), “Real Sosyedad” (İspaniya), “Qarabağ” (Azərbaycan), “Malmö” (İsveç), “Lüdoqorets” (Bolqarıstan)

3-cü səbət: “Şerif” (Moldova), “Betis” (İspaniya), “Midtüllan” (Danimarka), “Budö Qlimt” (Norveç), “Ferentsvaroş” (Macarıstan), “Yunion” (Berlin), “Frayburq” (hər ikisi Almaniya), “Fənərbağça” (Türkiyə)

4-cü səbət: “Nant” (Fransa), HİK (Finlandiya), “Şturm” (Avstriya), AEK (Larnaka), “Omoniya” (hər ikisi Kipr), “Yunion” (Belçika), “Sürix” (İsveçrə), “Trabzonspor” (Türkiyə)

Qeyd edək ki, Avropa Liqasında qrup mərhələsinə sentyabrın 8-də start veriləcək.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…