26 baxış
Bu yazını paylaşın
Dünya

Avropa Komissiyasının rəhbəri: “Aİ-nin qaz anbarları 64% dolub”.

20 İyul 2022

“Avropa İttifaqının (Aİ) yaratdığı birgə anbarlar 64% dolub”.

TELEJURNAL. az  Report -a istinadla  xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) Prezidenti Ursula fon der Lyayen brifinqdə bildirib.

“Rusiyanın Ukraynaya qarşı işğalı 147 gündür ki, davam edir, lakin biz bilirik ki, yüksək qaz qiymətlərinə baxmayaraq, Rusiya hələ müharibədən öncə də qaz nəqlini minimuma endirmişdi”, – o deyib.

AK Prezidenti qeyd edib ki, Aİ-yə üzv 12 ölkə Rusiya qazının tədarükünün tam və ya qismən dayandırılmasından zərər çəkib. “Rusiya enerjidən silah kimi istifadə edərək bizi şantaj edir. Avropa buna hazır olmalıdır”, – o bildirib.

“Biz digər etibarlı mənbələrdən tədarükü artırmalıyıq. Bizim ABŞ-la sazişimiz var, Norveç, Qətər və Fars körfəzi ölkələri də bu məsələdə xeyli fəallaşıb…Tədarükün artırılması haqqında qarşılıqlı anlaşma memorandumunu imzalamaq üçün iki gün öncə Azərbaycana səfərimiz baş tutdu”, – Ursula fon der Lyayen bildirib.

AK Prezidenti bərpa olunan enerji mənbələrinin zəruriliyini vurğulayaq Aİ-nin bu enerji növünün tədarükünün artırılması üzərində işlər apardığını əlavə edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…