25 baxış
Bu yazını paylaşın
Siyasi

Avropa İttifaqının nüfuzlu nəşrində Şuşada keçirilən konfrans haqqında material dərc edilib

17 İyun 2022

Budapeşt, 17 iyun, TELEJURNAL AZƏRTAC-a istinadən xəbər verir ki,“EU Politics” nəşri Şuşada keçirilən, Şuşa Bəyannaməsinin imzalanmasının birinci ildönümünə həsr edilmiş konfrans haqqında məlumat yayıb.

Xatırladaq ki, işğaldan azad edilmiş Şuşa şəhərində keçirilən “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda beynəlxalq konfrans iki qardaş dövlətin aktivində belə bir tarixi bəyannamə imzalanmasının ildönümünə həsr edilib.

Nəşrin materialında konfransın iştirakçıları barədə məlumat verilir, o cümlədən bu tədbirin məşhur qonaqlarının adları çəkilir.

Bildirilir ki, konfransın əvvəlində Azərbaycanın və Türkiyənin dövlət himnləri səslənib, hər iki ölkənin ərazi bütövlüyü və müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Şuşa Bəyannaməsinin imzalanmasının birinci ildönümünə həsr edilmiş videoçarx nümayiş etdirilib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…