22 baxış
Bu yazını paylaşın
Siyasi

Avropa İttifaqı Nigerdə dövlət çevrilişini qətiyyətlə pisləyib

27 İyul 2023

“Avropa İttifaqı (Aİ) dövlət çevrilişi cəhdi ilə üzləşən Nigerin hazırkı Prezidenti Məhəmməd Bazumu tam dəstəkləyir”.

TELEJURNAL   xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel sosial şəbəkələrdə etdiyi paylaşımda yazıb.

“Mən Prezident Məhəmməd Bazum ilə danışdım və onu Aİ-nin tam dəstəyinə əmin etdim. Biz Nigerdə sabitliyi pozmaq cəhdlərini qətiyyətlə qınayırıq”, – paylaşımda deyilir.

Xatırladaq ki, ötən gün Nigerdə prezident qvardiyasının bir qrup əsgəri ölkənin paytaxtı Niameydə dövlət başçısının ofisinin yerləşdiyi binanın qarşısını kəsib. Onlar Məhəmməd Bazumun ölkə prezidentliyindən uzaqlaşdırıldığını və ölkənin sərhədlərinin bağlandığını elan ediblər. Silahlı qiyama səbəb Bazumun prezident qvardiyasının komandiri, general Ömər Çianinin vəzifədən azad edilməsi məsələsini qaldırması olub.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…