29 baxış
Bu yazını paylaşın
Dünya

Avropa İttifaqı nadir torpaq ehtiyatları müqabilində Latın Amerikasına 10 milyard avro vəd edib

13 İyun 2023

Avropa İttifaqı Latın Amerikası ölkələrinə, ilk növbədə, iqlim dəyişikliyi ilə mübarizə, yaşıl enerji və rəqəmsal iqtisadiyyatın inkişafı layihələrinə nadir torpaq ehtiyatlarının hasilatı sahəsində əməkdaşlıq müqabilində 10 milyard avro sərmayə qoyacağını vəd edib.

Telejurnal  xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Braziliyada keçirdiyi mətbuat konfransında bəyan edib.

“Biz qitələrimizin yaşıl keçid üçün bu əsas resurslara olan ehtiyaclarını ödəməyə kömək etmək üçün Braziliya ilə strateji nadir torpaq mədənləri üzrə tərəfdaşlığa başlayırıq”-deyə, o bildirib.

O vurğulayıb ki, Aİ Braziliyada hidrogen yanacağının daha təmiz istehsalına 2 milyard avro və tropik meşələrin itirilməsi ilə mübarizə üçün layihələrə 430 milyon avro sərmayə qoyur.

Bundan əlavə, o, ölkənin yenidən sənayeləşməsinə səbəb olan və təkcə iqtisadi sahədə deyil, ən geniş dialoq üçün platformaya çevrilməli olan Braziliya ticarət əməkdaşlığına söz verib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…