18 baxış
Bu yazını paylaşın
Dünya

Avropa İnsan Hüquqları Məhkəməsi Rusiyadan olan hakim vəzifəsini ləğv edib

16 Sentyabr 2022

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Rusiyanın Avropa Şurasındakı üzvlüyünə xitam verilməsi fonunda Mixail Lobovun tutduğu rusiyalı hakim vəzifəsini ləğv etmək qərarına gəlib.

“TELEJURNAL.AZ” xəbər verir ki, bu barədə məhkəmənin hökmündə deyilir.

“Məhkəmə Reqlamentinin 20-ci bəndini rəhbər tutaraq, həmçinin Rusiya Federasiyasının Avropa Şurasında üzvlüyünə xitam verilməsi haqqında 16 mart 2022-ci il tarixli qətnaməni nəzərə alaraq, AİHM bildirir ki, Rusiyadan olan hakim vəzifəsi ləğv edilir”, – sənəddə deyilir.

AİHM İnsan Hüquqları Konvensiyasının mümkün pozuntuları ilə bağlı Rusiya Federasiyasına qarşı sentyabrın 16-dək verilmiş şikayətlərə baxmağa davam edəcək, lakin yeni şikayətləri baxılması üçün qəbul etməyəcək.

Xatırladaq ki, 26 illik üzvlükdən sonra bu ilin mart ayında Rusiya Avropa Şurasından çıxarılıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…