28 baxış
Bu yazını paylaşın
İdman

Avropa çempionu olan Azərbaycan millisinin mətbuat konfransı keçirilib

22 May 2023

Bakıda təşkil edilən bədii gimnastika üzrə 39-cu Avropa çempionatının qalibi adını qazanan Azərbaycan qrup hərəkətləri komandasının mətbuat konfransı keçirilib.

Telejurnal  xəbər verir ki, millinin üzvləri Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokina fikirlərini bölüşüblər.

Onlar Azərbaycandakı qitə birinciliyində uğur qazandıqları üçün xoşbəxt olduqlarını söyləyiblər. Gimnastlar daim bir-birilərini dəstəklədiklərini və bu nəticənin komanda şəklində əldə edildiyini vurğulayıblar.

Millinin məşqçiləri Siyana Vasileva, Yevgeniya Vilyayeva və Kamil Quliyev də komandanın çıxışını yüksək qiymətləndiriblər. Ancaq onlar bu uğurun geridə qaldığını, artıq gələcək yarışlar barədə düşündüklərini deyiblər.

Qeyd edək ki, Azərbaycan gimnastika tarixində qrup komandası ilk dəfə Avropa çempionatının qızıl medalını qazanıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“Neftçi”nin “Beşiktaş”la oyunlarının yerinin dəyişdirilmə səbəbi açıqlanıb

04 Avqust 2023
“Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə klubu…

Futzal millisinin baş məşqçisi: “Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”

04 Avqust 2023
“Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”. TELEJURNAL  xəbər…

Azərbaycan klublarının ümumi dəyərləri açıqlanıb

04 Avqust 2023
Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün startı ərəfəsində klubların dəyərləri…

UEFA reytinqi: “Neftçi” və “Sabah” Azərbaycana yarım xal qazandırdılar

04 Avqust 2023
“Neftçi” və “Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsində uğurlu…