49 baxış
Bu yazını paylaşın
Siyasi

Avropa Azərbaycanlıları Konqresi Avropa Parlamentinin qərəzli qətnaməsi ilə bağlı bəyanat yayıb

18 Mart 2022

Avropa Azərbaycanlıları Konqresi Avropa Parlamentinin martın 10-da Azərbaycan Respublikasına qarşı qəbul etdiyi qətnamə ilə bağlı bəyanat yayıb.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, sənəddə Avropa Parlamentinin bu addımla ölkəmizə qarşı növbəti dəfə qərəzli mövqe nümayiş etdirdiyi vurğulanır. Bəyanatda qeyd olunur ki, Avropa Parlamenti Ermənistanın və erməni lobbisinin həqiqətləri təhrif edən məlumatlarına əsaslanaraq, 30 ildən artıq erməni işğalı altında olan Azərbaycan torpaqlarında mədəni irsimizə vurulan zərərə, müxtəlif vandalizm aktlarına biganəlik nümayiş etdirir, Azərbaycan mədəniyyətinə, tarixinə, etnoqrafiyasına qarşı törədilmiş terrorizmə etinasızlıq göstərir və bir daha ölkəmizə qarşı ikili standartlar tətbiq edir.
“Avropa Parlamenti Azərbaycana qarşı qəbul etdiyi qeyri-obyektiv, qərəzli qətnamə faktları təhrif edir, bölgədə sülhün və sabitliyin bərqərar olması səylərini zəiflədir.
Bu qərar torpaqlarımızın Ermənistan tərəfindən 30 illik işğalı zamanı Azərbaycanın mədəni irsinə qarşı törədilmiş vandalizmi inkar etmək, onu görməməzlikdən gəlmək məqsədi daşıyır. Avropa Azərbaycanlıları Konqresi Avropa Parlamentinin qərəzli qətnaməsini şiddətlə qınayır və təxribat xarakterli bu kimi aksiyalardan yayınmağa çağırır”, – deyə bəyanatda bildirilir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…