252 baxış
Bu yazını paylaşın
Müsahibə

Autizm sindromlu uşaqlara xüsusi qayğı ilə yanaşılmalıdır-Jalə Şərifli

25 İyun 2023

Son zamanlar dünyada autizm sindromu ilə doğulan uşaqların sayı sürətlə artır.

Autizm sindromu haqqında loqoped- defektoloq Jalə Şərifli “Telejurnal” a müsahibə verib.

Autizm nədir?

Autizm erkən yaş dövründə başlayan sosial münasibətlər və ünsiyyət sferasında problemlərin olması ilə özünü göstərən, məhdud və təkrarlanan davranışlara yol açan ümumi inkişaf geriliyidir. Autizmə oğlanlarda qızlara nisbətən 4 dəfə çox rast gəlinir. Lakin bu,qızlarda daha ağır formada özünü göstərir.Autizm anadangəlmə olub, beyin və sinir sisteminin fərqli quruluşu və ya fəaliyyətindən qaynaqlandığı qəbul edilən kompleks nevropsixiatrik bir pozuntudur. Başqaları ilə qarşılıqlı münasibətdə olmağa mane olaraq, fərdin öz daxili dünyası ilə baş-başa qalmasına yol açan auitizm, ümumilikdə 3 yaşdan erkən ortaya çıxaraq fərdin sosial ünsiyyət, qarşılıqlı münasibət və davranışına mənfi təsir göstərir.

Autizmin əlamətləri hansılardır?

Uşaqlarda autizm əlamət və simptomlarını zamanında aşkar etmək üçün uşağın davranışlarını erkən yaşdan müşahidə etmək lazımdır.

Əlamətləri:

Göz təması qurmur;

Adına reaksiya olmur;

Səbəbsiz olaraq ağlayır və gülür;

İnsanlarla sosiallaşmır;

Digər uşaqlarla oynamır;

İstədiklərini böyüklərin əllərindən istifadə edərək ifadə edir;

Uzun müddət eyni mövzudan danışır;

Əşyaları dûzür və fırlanan əşyalara maraq göstərirlər;

Mənasız sözləri ardıcıl təkrarlayır;

Dəyişikliklərə həddindən artıq reaksiya verirlər;

Hər hansı bir yenilik onlar üçün qorxulu və qeyri müəyyən olur;

Davamlı olaraq eyni oyunları oynayır.

Autizm sindromu daha çox hansı yaşda özünü göstərir?

Autizm 3 yaşından əvvəl başlayan və ömür boyu sürən, ictimai qarşılıqlı təsirə və ünsiyyətdə zərər verən, məhdud ve təkrarlanan davranışlara gətirib çıxaran beyin inkşafına maneə törədən bir sindromdur. Autizm diaqnozu 6 yaşda qoyulur.

Autizmin müalicə yolları nələrdir?

Autizm olan uşaqlar psixoterapevt, psixonevroloq dəstəyi almalıdır. Ehtiyac olduğu təqdirdə psixoterapevt tərəfindən dərman müalicəsi yazılmalıdır. Amma dərmanla müdaxilə müalicə prosesinin çox az hissəsini təşkil edə bilər. Onlara əsasən reabilitasiya məsləhət görülür, yəni Psixoloq, defektoloq, Loqoped, Pedaqoq, psixopedaqoq dəstəyi görməlidirlər. İki yaşından etibarən uşaqların realibitasiyası başlanmalıdır. Autizm əsasən sosial bacarıqlara yiyələnmədə, nitq və zehni inkişafda ləngimə və çətinliklər yaradır. Hələlik autizm sindorumunun yaranma səbəbi və müalicəsi tapılmayıb. Bu səbəbdən sindromun konkret dərmanı yoxdur.

Autizm sindromlu uşaqlara qarşı necə davranmalıdır?

Autizm sindromlu uşaqlara qarşı xüsusi qayğı ilə davranılmalıdır.

Uşaqla mümkün qədər çox söhbət etmək lazımdır, hətta uşaq buna laqeyddirsə, yadda saxlamaq lazımdır ki, onun ünsiyyətə digər uşaqlara nisbətən daha çox ehtiyacı var.

Uşağın hər biri sözünü, jestini müşahidə etmək vacibdir. Bu balaca uşağın daxili aləminin genişlənməsinə kömək olar və öz emosiya və hisslərini sözlərlə deməyə gətirib çıxara bilər.

Əgər uşaq hər hansı bir əşyaya yaxınlaşırsa, o əşyanı adlandırmaq və uşağa əşyanı əlində saxlamağa imkan vermək lazımdır. Bu cür yanaşma ilə uşaqda bütün analizatorlar – görmə, eşitmə, hiss etmə və s. inkişaf edir.

Bu cür uşaqlara əşyanın adını təkrar- təkrar demək lazımdır.

Autist uşaq əgər tam nə iləsə məşğuldursa (məs: güzgüdə özünə baxır) yavaşca danışıqdan istifadə etmək lazımdır. Uşağa aid olan əşyanı adlandırmaqla danışmaq olar. Bu danışmayan uşağa psixoloji maneni addımlayıb keçməyə və lazım olan sözü deməyə kömək edir.

Asiman Hafizqızı 

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ermənistan Cənubi Qafqazı yeni müharibə burulğanına dartmağa çalışır – İlyas Hüseynov

04 Avqust 2023
Avropa İttifaqının monitorinq missiyası Ermənistanın Sünik bölgəsində - Azərbaycanla…

“Qisas” əməliyyatı və Azərbaycan-Ermənistan münasibəti- Məhəmməd Əsədullazadə

03 Avqust 2023
Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni…

Qarabağda cinayət törədənlərin hər biri cəzasını çəkəcək-Elman Cəfərli

03 Avqust 2023
Erməni silahlı qüvvələri tərəfindən 1991-ci il dekabrın 22-də Xocalı…

Ermənilərin vətəndaşlıq arzusu: Bakı “qaynar xətt”ə gələn zənglərə hansı cavabı verəcək?-İlyas Hüseynov

03 Avqust 2023
Qarabağda yaşayan erməni sakinlər üçün yaradılmış “Qaynar xətt”ə 100-ə…