34 baxış
Bu yazını paylaşın
Dünya

Auqsburqdakı məşhur sinaqoq yenidən qurulacaq.

26 İyul 2022

Auqsburq sinaqoqu Almaniyanın yəhudi tarixinin görkəmli rəmzlərindən biridir. Bu həqiqət onunla bağlıdır ki, nasist terroru nəticəsində yəhudi məbədi demək olar ki, zərər çəkməyib. Sinaqoq 1917-ci ildə, Birinci Dünya Müharibəsinin şiddətli vaxtında tikilib. Lakin illər keçdikcə modern üslubunda tikilmiş bina xeyli köhnəlib.

Bu gün sinaqoq ibadət yeri olmaqla bərabər, həm də muzey və ictimai mərkəzdir. Auqsburq sinaqoqu Halderştrasda, Köniqsplas mərkəzi meydanı ilə Auqsburq dəmiryol vağzalı arasında yerləşir.

TELEJURNAL. az AZƏRTAC-a istinadən  xəbər verir ki, yaxın günlərdə Auqsburq sinaqoqunun yenidən qurulması üzrə işlər başlanacaq. Təmirin dəyəri təqribən 23 milyon avro olacaq. Xərclərin yarısını federal hökumət ödəyəcək. Azad Bavariya dövləti təqribən 8 milyon avro, Auqsburq şəhəri isə yarım milyon avroya yaxın subsidiya verəcək. Qalan məbləği yəhudi icması ianələr hesabına toplamalıdır.

Təmir işlərinin rəsmən başlanması mərasimində Auqsburq-Şvabiya yəhiudi icmasının prezidenti Aleksandr Mazo çıxış edərək bu binanın tarixi barədə qısa məlumat verib. Onun sözlərinə görə, sinaqoq və muzey şəhərin ictimai həyatının mühüm elementləri, Auqsburqun şəhər peyzajının ayrılmaz tərkib hissəsidir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…