31 baxış
Bu yazını paylaşın
İqtisadi

Auditorlar Palatasının nümayəndə heyəti Ankarada konqresdə iştirak edib

17 Yanvar 2022

Türkiyə Sərbəst Mühasibəçi Mali Müşavirlər və Yeminli Mali Müşavirlər Odaları Birliyinin (TÜRMOB) dəvəti ilə Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, professor Vahid Novruzovun başçılıq etdiyi nümayəndə heyəti Ankarada “Peşəmizdə haqsız rəqabətin qarşısının alınması və yeni addımlar” mövzusunda onlayn keçirilən VIII Türkiyə Haqsız Rəqabət Konqresinə qatılıb.

“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, konqres 3 sessiya əsasında təşkil edilib. Sessiyalarda “Haqsız rəqabətin qarşısının alınmasında Elektron Birlik və GİB inteqrasiyası”, “Haqsız rəqabətin qarşısının alınmasında yeni yanaşmalar” və “Qiymətləndirmə” mövzusunda məruzələr dinlənilib, geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.

Tədbir zamanı əldə edilən materiallar və nəticələr mühasibat uçotu və audit sahəsində haqsız rəqabətə qarşı mübarizədə mütərəqqi dünya təcrübəsini öyrənmək və milli iqtisadiyyatımızın xüsusiyyətləri nəzərə alınmaqla ölkəmizdə tətbiqi istiqamətində qarşıya qoyulmuş vəzifələrin icrasında önəmli rol oynayacaq.

https://azertag.az/xeber/Auditorlar_Palatasinin_numayende_heyeti_Ankarada_konqresde_istirak_edib-1977488

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…