30 baxış
Bu yazını paylaşın
İctimai

Audiovizual Şuranın qərarı ilə “Kanal S” TV-nin efiri 3 saatlıq dayandırılacaq

04 İyul 2023

Audiovizual Şuranın qərarı ilə “Kanal S” televiziya kanalının efiri 3 saatlıq dayandırılacaq.

Bu barədə  Şuradan bildirilib.

Belə ki, iyulun 4-də Audiovizual Şurasın videoformatda iclası keçirilib. İclasda “Kanal S” televiziya kanalının efirində reklam qanunvericiliyinin tələblərinin pozulması faktı müzakirə olunub.

Belə ki, regional yerüstü televiziya yayımçısı və peyk yayımı həyata keçirən platforma yayımçısı olan “Kanal S” Məhdud Məsuliyyətli Cəmiyyətinin “Kanal S” televiziya redaksiyasının efirində 25 iyun 2023-cü il tarixində saat 17.00-18.00 arası 13 dəqiqə reklam yayımının həyata keçirilməsi ilə “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 20.7-ci maddəsinin pozulmasına yol verilib.

Audiovizual Şura “Media haqqında” Azərbaycan Respublikası Qanununun 39.1.4-cü, 41.1.1-ci və 41.5-ci maddələrini rəhbər tutaraq “Kanal S” televiziya redaksiyasının proqramlarının yayımını 5 iyul 2023-cü il tarixdə 3 saatlıq müddətə (saat 09.00-dan saat 12.00-dək) dayandırılması barədə qərar qəbul edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…