49 baxış
Bu yazını paylaşın
Siyasi

ATƏT sədri Çavuşoğluna təşəkkür, Hakan Fidanı təbrik edib

04 İyun 2023

ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani Türkiyənin keçmiş xarici işlər naziri Mövlud Çavuşoluna diplomat kimi fəaliyyətinə görə təşəkkür, yeni XİN rəhbəri Hakan Fidanı isə təbrik edib.

Telejurnal xəbər verir ki, Buyar Osmani bu barədə tviterdəki hesabında yazıb.

“Əzizim Mövlud Çavuşoğlu, ötən illər ərzində sizinlə işləmək həqiqətən çox xoş oldu. Şimali Makedoniya və Türkiyə arasında ənənəvi yaxın və dostluq münasibətlərini inkişaf etdirmək üçün davamlı istəyinizə görə təşəkkür edirik”, – ATƏT-in fəaliyyətdə olan sədri qeyd edib.

“Hakan Fidanı Türkiyənin yeni XİN rəhbəri təyin olunması münasibətilə təbrik edirik.

Biz Şimali Makedoniya və Türkiyənin yaxın əlaqələrini yüksək qiymətləndiririk və ölkələrimizin və vətəndaşlarımızın mənafeyi naminə əməkdaşlığımızı inkişaf etdirmək üçün sizinlə işləməyi səbirsizliklə gözləyirik”, – Buyar Osmani vurğulayıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…