30 baxış
Bu yazını paylaşın
Dünya

ATƏT PA prezidenti: “Yaşıl iqtisadiyyat” sabitliyə töhfə verir”

22 May 2023

“Yaşıl iqtisadiyyat” sabitliyə və bütün ATƏT ölkələrinə töhfə verir.

TELEJURNAL   xəbər verir ki, bunu ATƏT Parlament Assambleyasının (PA) prezidenti Margareta Cederfelt Bakıda keçirilən “Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizlik və sabitliyin təşviqində milli parlamentlərin rolu” mövzusunda konfransda bildirib.

O həmçinin deyib ki, “Yaşıl iqtisadiyyat” BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri (DİM) bağlı birgə təşəbbüslərin reallaşdırılması ilə bağlı mühüm əhəmiyyət kəsb edir.

“Nəqliyyat və ticarətin sadələşdirilməsi insanların rifahına xidmət edir. Dayanıqlı inkişaf özündə ekoloji siyasəti, nəsillərin gələcəyini daha da təmin etmiş olur. Bu gün təhlükəsiz əməkdaşlığı müzakirə edəcəyik ki, bu da ATƏT in gündəliyində mühüm rol oynayır. Biz xalqımız tərəfindən seçilmiş nümayəndələrik və burda öz təcrübələrimiz hesabına ekologiyamızın daha da yaxşılaşdırılması üçün işlər görməliyik. Dünyamız çoxsaylı problemlərlə üzləşib. Bura sosial bərabərsizlik , artan qida qiymətləri daxildir və bunlar, həll yolları tələb edir. Rusiyanın Ukraynadakı müharibəsi kəskin su, qida, enerji böhranına səbəb olur. Pandemiya, Rusiya və Ukrayna müharibəsi mühüm iqtisadi münasibətlərin lazımi səviyyədə olmamasını göstərir. Biz münasibətlərimizi yenidən nəzərdən keçirməklə gələcək böhranlara daha dayanıqlı olmalıyıq. Sülh həmçinin yaşıl ekologiyadır. Biz daha təhlükəsiz ATƏT ölkələri üçün mübarizə aparmalıyıq”, – deyə o vurğulayıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…