20 baxış
Bu yazını paylaşın
Siyasi

ATƏT PA-nın illik sessiyasında Azərbaycanla Ermənistan arasındakı vəziyyət müzakirə olunacaq

25 İyun 2023

Milli Məclisin deputatları – ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Azay Quliyev, nümayəndə heyətinin üzvləri Tahir Mirkişili, Ağalar Vəliyev və Tural Gəncəliyev 30 iyun – 4 iyul tarixlərində Kanadanın Vankuver şəhərində keçiriləcək ATƏT Parlament Assambleyasının 30-cu illik sessiyasının işində iştirak edəcəklər.

Bu barədə  Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, millət vəkilləri qurumun Siyasi məsələlər və təhlükəsizlik, Demokratiya, insan hüquqları və humanitar məsələlər, İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit komitələrinin və Daimi komitənin yığıncaqlarında iştirak edəcəklər.

Sessiya zamanı deputatlarımız Azərbaycanla Ermənistan arasındakı münasibətlərin cari durumu haqqında çıxışlar edəcək, ölkəmizin maraqlarına aid məsələləri diqqətə çatdıracaqlar.

İyulun 1-də Azərbaycan nümayəndə heyətinin təşəbbüsü ilə yaradılmış İpək Yolu Qrupunun növbəti iclası keçiriləcək.

Deputatlarımız qurumun tədbirlərində qaldırılacaq məsələlərə öz münasibətini bildirəcəklər.

Səfər iyulun 5-də başa çatacaq.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…