349 baxış
Bu yazını paylaşın
İctimai

Aşura günü kim qan verə bilər?

05 Avqust 2022

“18-65 yaşarası, çəkisi minimum 50 kq olan sağlam şəxslər qan verə bilər”.

“TELEJURNAL.AZ” “Report”a istinadən xəbər verir ki, bu barədə Mərkəzi Qan Bankının müdiri Qumral Ələkbərova deyib.

Onun sözlərinə görə, qanvermədən əvvəl donor ac olmamalı, ən az 2 saat əvvəl dəmir və proteinlə zəngin qidalar qəbul etməlidir: “Qan verən şəxs kifayət qədər su içməlidir. Bununla yanaşı ağır fiziki fəaliyyətdən çəkinməli, yaxşı istirahət etməlidir. Həmçinin ən azı 1 saat əvvəl siqaret çəkməməlidir”.

Q.Ələkbərova onu da bildirib ki, qan verdikdən sonra mütləq şəkildə bol maye qəbul etmək lazımdır: “Qan verdikdən sonra ən azı 2 saat ərzində siqarət çəkilməməlidir. Eyni zamanda qola yapışdırılmış bandajı 2 saat saxlamaq lazımdır. Uzun müddət ayaqüstə qalmaq məsləhət görülmür. Ağır fiziki işlərlə məşğul olmaq və eyni zamanda qan verilən qolla ağır yük qaldırmaq olmaz. Donorlar qan verdikləri gün bədəni həddən artıq yoran, maye itkisinə yol açan və təzyiqin aşağı düşməsinə zəmin yaradan (sauna, hamam və s.) fəaliyyətlərdən uzaq durmalıdırlar”.

Qeyd edək ki, avqustun 8-i Məhərrəm ayının 10-u, yəni Aşura günüdür. Ənənəvi olaraq, Azərbaycanda Aşura günündə qanvermə aksiyası keçirilir. Bu il Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar aşağıdakılardır:

Bakı şəhəri üzrə:

Xəzər rayonu Mirmövsüm Ağa Ziyarətgahı
Nəsimi rayonu Göy məscidin (Əjdərbəy) mərasim zalı
Nizami rayonu “Şah Abbas” məscidi
Səbail rayonu Bibiheybət məscid ziyarətgahı
Suraxanı rayonu Qaraçuxur məscidi
Yasamal rayonu “Təzə Pir” məscidi

Mərkəzi Qan Bankının Gəncə, Lənkəran, Sumqayıt, Mingəçevir, Şəki, Şirvan, Bərdə və Quba bölmələri.

Beləliklə, ümumilikdə, qanvermə aksiyaları 6 məscid və ziyarətgahda, habelə 8 səhiyyə müəssisəsində həyata keçiriləcək.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…