25 baxış
Bu yazını paylaşın
Siyasi

AŞPA qış sessiyasının ikinci günündə böhran dövründə medianın rolu müzakirə olunacaq

25 Yanvar 2022

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının ikinci günü Assambleyaya vitse-prezidentlərin seçkisi ilə başlayıb.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, günün birinci yarısında keçiriləcək sessiyanın üçüncü iclasında belçikalı parlamentarilər Furat Ben Çixa və Kristof Lakruanın cinsi azlıqlarla bağlı hazırladıqları hesabatlar müzakirə olunacaq.
Günün birinci yarısında Bosniya və Herseqovina Prezidenti Zeljko Komşiç avropalı parlamentarilərə müraciət edəcək və onların suallarını cavablandıracaq.
Günün ikinci yarısında isə sessiya Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç-Buriçin və İtaliyanın Nazirlər Komitəsinə sədrliyi çərçivəsində bu ölkənin Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibinin müşaviri Benedetto Della Vedovanın hesabatları dinləniləcək.
Bugünkü sessiyanın sonunda isveçli parlamentari Annika Enqblomun hazırladığı “Böhran dövründə medianın rolu” adlı məruzə ətrafında müzakirələr aparılacaq.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…