36 baxış
Bu yazını paylaşın
Siyasi

AŞPA-nın qış sessiyasının 8-ci seansı COVID-19 ilə mübarizəyə həsr edilmiş məruzənin müzakirəsi ilə başlayıb

27 Yanvar 2022

Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının 8-ci seansı işə başlayıb.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, tədbir avstriyalı parlamentari Stefan Şennakın hazırladığı “İctimai sanitar tədbirlərlə COVID-19 pandemiyasına qalib gəlmək” adlı məruzəsinin dinlənilməsi ilə başlayıb.
Avropalı parlamentarilər koronavirusla mübarizədə peyvənd kampaniyası, peyvəndin bütün ölkələr üçün əlçatanlığının təmin edilməsi, eləcə də məruzə ilə bağlı fikirlərini bildiriblər.
Bugünkü seansın ikinci məruzəsi fransalı parlamentari Andre Qattolinin hazırladığı “Avropa Şurası ərazisində məcburi itkin düşmələrə son qoymaq” adlı məruzənin müzakirələri ilə davam edəcək. Səkkizinci seans “Yeni çağırışlar qarşısında Avropanın təhlükəsizliyi: Avropa Şurasının rolu nədir” mövzusunda sərbəst müzakirələrlə başa çatacaq.
Yanvarın 27-də günün ikinci yarısında Holokost qurbanlarının xatirəsi anılacaq. Tədbirdən sonra Avropada Tarixin Tədrisi Observatoriyası ilə bağlı müzakirələr aparılacaq.
Sessiyanın 9-cu seansı Ermənistandakı təsisatların funksiyasına dair hazırlanmış məruzənin müzakirəsi ilə başa çatacaq.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…