42 baxış
Bu yazını paylaşın
Siyasi

AŞPA-nın qış sessiyası hibrid formatda işə başlayıb

24 Yanvar 2022

Fransanın Strasburq şəhərində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası hibrid formatda işə başlayıb.
“TELEJURNAL” AZƏRTAC -a istinadən xəbər verir ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri qış sessiyasında iştirak edirlər. Sessiyanın açılışında AŞPA-nın yeni prezidenti seçiləcək. Sessiya çərçivəsində Yunanıstan Prezidenti Katerina Sakellaropulunun çıxışı, Avropa Şurası Nazirlər Komitəsinə İtaliyanın sədrliyi ilə bağlı fikir mübadiləsinin aparılacağı nəzərdə tutulur. Həmçinin Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç-Buriçin hesabatı dinləniləcək.
AŞPA-nın qış sessiyasının gündəliyində insan hüquqları nöqteyi-nəzərindən miqrasiya və sığınacaq üzrə Avropa İttifaqı Paktı, demokratiyada iştirak sahəsində uşaq hüquqları, iqlim dəyişikliyi ilə bağlı fəaliyyət, Avropa Şurası ərazisində məcburi itkin düşmələr, böhran dövründə medianın rolu və digər məsələlər də yer alıb.
Avropada cinsi azlıqlara qarşı nifrətin artmasına və Cənubi Qafqazda onların hüquqlarının pozulmasına qarşı mübarizə, futbol idarəçiliyi – biznes və dəyərlərə dair FIFA prezidenti Covanni İnfantinonun çıxışı da sessiyanın gündəliyində diqqətçəkən məqamlardandır.
AŞPA-da yanvarın 27-də Holokost qurbanlarının xatirəsinə həsr edilmiş Beynəlxalq Gün qeyd olunacaq. Tədbirdən sonra Avropada Tarixin Tədrisi Observatoriyası ilə bağlı müzakirələrin aparılması gözlənilir.
AŞPA sessiyasının açılışında yekun gündəlik səsverməyə qoyularaq təsdiqlənəcək. Qış sessiyası yanvarın 28-dək davam edəcək.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…