51 baxış
Bu yazını paylaşın
İqtisadi

Artıq sahibkarlar sənədlərini banka onlayn göndərə bilərlər.

22 Noyabr 2021

‘ TELEJURNAL’ ‘AZƏRTAC’ a istinadən xəbər verir ki, “Kapital Bank” “Müştəri Bank”da qeydiyyatdan keçən hüquqi şəxs və fərdi sahibkarlara yeni xidməti təqdim edir. Artıq sahibkarlar “Sənəd dövriyyəsi” funksiyası vasitəsilə məktub, ərizə, müraciət və tələb olunan digər sənədləri filiala gəlmədən, vaxt itirmədən, onlayn formada banka göndərə bilərlər.

Yeni xidmət sahibkarlara işin çox olduğu vaxtda, təcili sənədləşməni maneəsiz və heç yerə getmədən daha tez həll etməyə şərait yaradacaq. Sahibkarlar “Müştəri Bank” ilə bir sıra əməliyyatları onlayn həyata keçirə bilərlər.

Qeyd edək ki, “Müştəri Bank” vasitəsilə rahat və təhlükəsiz şəkildə bir sıra xidmətlərdən istifadə etmək mümkündür: təcili köçürmələr, büdcə ödənişləri, cari hesabın tam onlayn şəkildə açılması, əməkhaqqı layihəsinə qoşulma, əməkhaqqı kartlarına mədaxil, əməkhaqqı kartlarının sifarişi və çatdırılması biznes və sahibkar kartlarının sifarişi, ölkə daxili və ölkə xarici nağdsız köçürmələr, konvertasiya əməliyyatları, hesablara nəzarət, çıxarışların əldə edilməsi, sərəncamlar haqqında məlumat, onlayn kredit məhsulları sifarişi (overdraft, kredit, qarantiya, sürətli tender və s.) və sair.

“Müştəri Bank” sisteminə qoşulmaq üçün https://cb.kapitalbank.az/login linkinə keçid etmək və ya (+99 412) 310-09-99 nömrəsi ilə əlaqə saxlamaq kifayətdir. “Müştəri Bank” sistemi vasitəsilə həyata keçirilən bütün köçürmələr zamanı 25 faizədək güzəşt əldə etmək mümkündür.

https://azertag.az/xeber/_Artiq_sahibkarlar_senedlerini_banka_onlayn_gondere_bilerler-1931928

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…