52 baxış
Bu yazını paylaşın
Uncategorized

Argentinanın Baş Prokuroru azərbaycanlı həmkarının məktubuna cavab verib

13 Noyabr 2020
Argentinanın Baş Prokuroru azərbaycanlı həmkarının məktubuna cavab verib

Kamran Əliyev

Oktyabrın 4-də Azərbaycan Respublikası Baş Prokuroru Kamran Əliyev Argentina Respublikasının Baş Prokuroru Kasal Eduardo Ezeqielə rəsmi məktub ünvanlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı döyüş əməliyyatlarına və mülki dinc əhalimizə qarşı terror aktlarının törədilməsinə xarici ölkələrdən xeyli sayda muzdlu şəxslərin cəlb edilməsi barədə məlumatlandıraraq həmin terroçuluq fəaliyyətinin Ermənistanın hərbi-siyasi rəhbərliyi və bir çox ölkədə olan erməni diasporlarının hesabına maliyyəşdirilməsini bildirmişdir.

Telejurnal.az REPORT-a istinadən xəbər verir ki, Argentina Respublikasının Baş Prokuroru öz növbəsində 29.10.2020-ci il tarixdə rəsmi cavab məktubu ünvanlamaqla Baş Prokuror Kamran Əliyevə Dağlıq Qarabağ münaqişəsi ətrafında baş vermiş hadisələrlə bağlı məlumatladırılması ilə əlaqədar öz təşəkkürünü bildirərək, münaqişə zamanı mülki şəxslərin həlak olması ilə bağlı öz dərin kədərini ifadə edib.

Qeyd edilib ki, terrorçuluq və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə Argentina Respublikasının prioritet məsələlərindən biridir və bu sahədə mübarizənin gücləndirilməsi məqsədi ilə Baş Prokuroluğun tərkibində ixtisaslaşmış qurum – Terrorizmin Hərtərəfli Təhlili Katibliyi (SAİT) yaradılıb.

Argentina Respublikasının Baş Prokuroru, terrorçuluq və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə daim diqqətdə saxlanılmaqla, prokurorluğun bütün fəaliyyət istiqamətləri üzrə sıx əməkdaşlıq və dostluq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əmin olduğunu qeyd edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

AQTA: “Qarpızın vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək deyil”

11 İyul 2023
“Qarpızın vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək…

Avropa qışda qaz çatışmazlığı ilə üzləşə bilər

10 İyul 2023
“Avropa bu qış qaz çatışmazlığı ilə üzləşə bilər”. Telejurnal …

Esse müsabiqəsinin üçüncüsü – Aytac Haciyeva

26 İyun 2023
Telejurnal İnformasiya Portalının “Heydər Əliyevin 100 illiyi”nə həsr olunan…

Esse müsabiqəsinin ikincisi-Asiman Hafizqızı

26 İyun 2023
Telejurnal İnformasiya Portalının "Heydər Əliyevin 100 illiyi"nə həsr olunan…