29 baxış
Bu yazını paylaşın
İqtisadi

ARDNF-də Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

20 İyun 2023

Azərbaycan Dövlət Neft Fondunda (ARDNF) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş tədbirlər planı çərçivəsində növbəti görüş keçirilib və Ulu Öndərin əziz xatirəsi yad edilib.

 

Bu barədə “Telejurnal” məlumat verir ki,

 

Bildirilib ki, tədbir zamanı çıxış edən ARDNF-nin İcraçı direktoru İsrafil Məmmədov bugünkü müstəqil, qüdrətli və demokratik Azərbaycanın dahi lideri Heydər Əliyevin şah əsəri olduğunu qeyd edib və Azərbaycan xalqının müasir dövlətçilik tarixinin formalaşmasında və inkişafında Ulu Öndərin misilsiz rolu və xidmətləri barədə söz açıb.

 

İcraçı direktor bildirib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş strategiya ölkə iqtisadiyyatının inkişafına, mövcud resursların səmərəli istifadəsinə, dünya iqtisadiyyatına inteqrasiyaya və nəticə etibarilə vətəndaşların rifah halının yüksəldilməsinə xidmət edib.

 

İ. Məmmədov əlavə edib ki, neft və qazın satışından əldə edilən valyuta daxilolmalarının toplanması və səmərəli idarə edilməsi məqsədilə Prezident İlham Əliyevin təklifi ilə, 1999-cu ildə Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan Dövlət Neft Fondu bu milli inkişaf strategiyasını dəstəkləyərək xalqımızın bugünkü və gələcək nəsillərinə xidmət edəcək.

 

Tədbirə həmçinin, müstəqil Azərbaycanın ilk Baş naziri və sabiq xarici işlər naziri Həsən Həsənov qonaq qismində dəvət edilib. ARDNF-nin İcraçı direktorunun müşaviri Nərgiz Nəsrullayeva-Müdüroğlu ilə birgə müsahibə formatında baş tutan söhbətdə Həsən Həsənov Ulu Öndərin xidməti fəaliyyəti barədə çıxış edib, dahi şəxsiyyət haqqında öz fikir və xatirələrini bölüşüb.

 

Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən söz açan Həsən Həsənov Ümummilli Liderin xalqımızın milli kimliyinin və düşüncəsinin formalaşmasında əvəzsiz rolunu xüsusilə vurğulayıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…