38 baxış
Bu yazını paylaşın
İdman

“Araz Naxçıvan” və “Zaqatala”ya Premyer Liqada iştirak üçün lisenziya verildi – Rəsmi

15 May 2023

AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib.

Telejurnal Offsideplus.az-a istinadən xəbər verir ki, AFFA-nın saytına istinadən xəbər verir ki, iclasda 2023/2024-cü illər mövsümündə UEFA-nın klub yarışlarında və Azərbaycan Premyer Liqasında iştirak etmək üçün müraciət etmiş klubların sənədlərinə baxılıb.

Müzakirələrdən sonra “Qarabağ”, “Sabah”, “Neftçi”, “Zirə” və “Qəbələ” İK-ya UEFA-nın klub yarışlarında iştirak etmək üçün lisenziya verilib. “Turan Tovuz” və “Səbail”ə isə UEFA-nın klub yarışlarında iştirak etmək üçün lisenziya verilməyib.

Bundan başqa, Premyer Liqa yarışlarında iştirak etmək üçün “Turan Tovuz”, “Səbail”, “Sumqayıt”, “Kəpəz”, “Şamaxı”, eləcə də birinci divizion təmsilçiləri “Araz-Naxçıvan” və “Zaqatala”ya lisenziya verilib. “İmişli”, “Mingəçevir”, MOİK və “Qaradağ Lökbatan”a isə lisenziya verilməyib.

Lisenziya iddiaçısı lisenziya ilə bağlı imtina barədə verilmiş bildiriş tarixindən etibarən 10 gün müddətində AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə apellyasiya şikayəti verə bilər.

Məlumatda qeyd edilib ki. 2023-2024-cü il mövsümündə UEFA-nın klub yarışlarında iştirak etmək üçün lisenziya almış klublar avtomatik olaraq eyni mövsüm üçün Azərbaycan Premyer Liqa yarışlarında iştirak etmək üçün lisenziya almış hesab olunur.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“Neftçi”nin “Beşiktaş”la oyunlarının yerinin dəyişdirilmə səbəbi açıqlanıb

04 Avqust 2023
“Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə klubu…

Futzal millisinin baş məşqçisi: “Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”

04 Avqust 2023
“Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”. TELEJURNAL  xəbər…

Azərbaycan klublarının ümumi dəyərləri açıqlanıb

04 Avqust 2023
Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün startı ərəfəsində klubların dəyərləri…

UEFA reytinqi: “Neftçi” və “Sabah” Azərbaycana yarım xal qazandırdılar

04 Avqust 2023
“Neftçi” və “Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsində uğurlu…