87 baxış
Bu yazını paylaşın
Uncategorized

AQTA: “Qarpızın vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək deyil”

11 İyul 2023

“Qarpızın vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək deyil.

Əvvəllər qarpız iyul-avqust aylarında yetişirdi. Lakin hazırda əkinçilik vərdişləri dəyişdiyinə, tez yetişən sortlar yaradıldığına, istixanalarda və əkin sahələrində daha müasir aqrotexniki üsullar tətbiq olunduğuna görə məhsul iyun ayından başlayaraq yetişir”.

Bu barədə  AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən bildirilib.

Qeyd olunub ki, qarpızın vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək deyil:

“Burada əsas diqqət yetirilməli məqam qarpızın yetişdirilməsində gübrə və pestisidlərdən düzgün istifadə edilməsidir. Gübrə növləri və pestisidlər vaxtında və düzgün tətbiq edilməyəndə məhsulun böyüməsinə və məhsuldarlığına səmərəli təsir göstərmir. Məhsulun tərkibində nitrat, nitrit və yaxud pestisid qalıqlarının miqdarının çox toplanması qarpızın keyfiyyətinin pisləşməsinə və hətta insan sağlamlığına ciddi ziyan vura bilər.

Qarpız kəsildikdə içərisindəki kütlənin yumşaq, damarlarının qabarıq gözəçarpan şəkildə olması nitratın miqdarının normadan artıq olmasının göstəricisidir. Bu hal istər tez, istərsə də gec yetişən məhsullarda ola bilər. Buna görə də, qarpızın düzgün şəkildə yetişdirilməsinə diqqət yetirmək lazımdır. İstehlakçıların qarpız kəsildikdən sonra qabıqaltı hissəsində sarı rəngli zolaqların, lətli hissəsində isə ağ və ya çəhrayı rəngli topaların olmamasına diqqət yetirmələri tövsiyə olunur. Bu əlamətlər məhsulda nitrat qalığının çoxluğunu göstərir”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Avropa qışda qaz çatışmazlığı ilə üzləşə bilər

10 İyul 2023
“Avropa bu qış qaz çatışmazlığı ilə üzləşə bilər”. Telejurnal …

Esse müsabiqəsinin üçüncüsü – Aytac Haciyeva

26 İyun 2023
Telejurnal İnformasiya Portalının “Heydər Əliyevin 100 illiyi”nə həsr olunan…

Esse müsabiqəsinin ikincisi-Asiman Hafizqızı

26 İyun 2023
Telejurnal İnformasiya Portalının "Heydər Əliyevin 100 illiyi"nə həsr olunan…

Esse müsabiqəsinin birincisi-Fatimə Zeynalovanın yazısı.

26 İyun 2023
Telejurnal İnformasiya Portalının “Heydər Əliyevin 100 illiyi”nə həsr olunan…