42 baxış
Bu yazını paylaşın
İqtisadi

AQTA Azərbaycana ət məhsulları ixrac etmək istəyən daha 2 Rusiya şirkətini reyestrə daxil edə bilər

31 İyul 2023

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) Mordoviya Respublikası və Penza vilayəti üzrə idarəsinin və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri ilə birlikdə “Çerkizovski Ət Kombinatı” və “Vasilyevski Quşçuluq Fabriki” ASC-lərin Penza filialında baytarlıq-sanitariya tələblərinə uyğunluğu ilə bağlı yoxlama aparıb.

TELEJURNAL  bu barədə “Rosselxoznadzor”a istinadən xəbər verir.

Məlumata görə, ekspert qrupu diri quşların məntəqələrə qəbulundan, kəsiminə qədər quş əti istehsalının bütün mərhələlərini izləyiblər.

Bundan başqa, donuz əti kəsimi və emalı zavodunun Azərbaycan baytarlıq-sanitariya tələblərinə uyğunluğu yoxlanılıb. Nümayəndə heyəti həmçinin donuz ətindən hazır ət məhsullarının istehsalı prosesi ilə də tanış olub.

Azərbaycanlı mütəxəssislər, Penza vilayətində yoluxucu heyvan və quş xəstəlikləri ilə bağlı epizootik vəziyyətlə tanış olublar.

AQTA ölkə ərazisinə heyvandarlıq məhsullarının tədarükündə maraqlı olan yoxlanışdan keçmiş müəssisələrinin adlarının Azərbaycanın qida təhlükəsizliyinin milli reyestrinə daxil edilməsi məsələsinə baxacaq.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…