401 baxış
Bu yazını paylaşın
İqtisadi

Aqrar sektorda biznes fəaliyyəti təşviq edilir

19 Noyabr 2021

Kənd təsərrüfatı dayanıqlı inkişafın və məşğulluğun təmin edilməsində əhəmiyyətli paya malikdir. “Ağıllı kənd” və “Ağıllı kənd təsərrüfatı” konsepsiyalarının, eləcə də aqrar texnologiyaların sürətlə inkişaf etdiyi bir şəraitdə fermerlər rəqabətə davam gətirmək, inkişaf etmək və bizneslərini saxlamaq üçün bu dəyişikliklərə uyğunlaşmalıdırlar. Burada müasir texnologiyaların və elmi yeniliklərin biznesə inteqrasiyası ilə paralel olaraq, ətraf mühitin qorunması, orqanik məhsulların istehsalı və ümumilikdə, ərzaq təhlükəsizliyinin təmin edilməsi mühüm faktorlardandır. Daha geniş stimulun yaradılması gəncləri kənd təsərrüfatı ilə məşğul olmağa təşviq edə bilər.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a bildirilib ki, bu barədə Aqrar Məşğulluğun Artırılması Layihəsi (AMAL) çərçivəsində görülmüş işlərə həsr olunmuş tədbirdə çıxışında qurumun İdarə Heyətinin sədri Orxan Məmmədov deyib. Agentliyin dəstək və xidmətləri barədə məlumat verən KOBİA sədri AMAL layihəsinin iştirakçılarını agentliyin dəstək və xidmətlərindən yararlanmaqla biznes fəaliyyətlərini genişləndirməyə dəvət edib. Qeyd olunub ki, müxtəlif sərgi və yarmarkalarda iştirak, satış bazarlarına çıxış, təlimlər, təcrübə mübadiləsi proqramları, şəbəkələşmə və sair istiqamətlər üzrə aqrar sektorda biznes fəaliyyəti KOBİA tərəfindən təşviq olunur. Agentlik müxtəlif sektorlarda, o cümlədən aqrar sahədə fəaliyyət göstərən sahibkarlara daxili bazar araşdırmasının aparılması, elm, təhsil, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi, “Startap” şəhadətnaməsinin verilməsi və digər istiqamətlərdə dəstək və xidmətlər göstərir.

 

https://azertag.az/xeber/Aqrar_sektorda_biznes_fealiyyeti_tesviq_edilir-1930236

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…