242 baxış
Bu yazını paylaşın
İqtisadi

Aqrar sektora verilən güzəştli kreditin məbləği açıqlanıb

13 Yanvar 2022

2021-ci ilin 11 ayı ərzində Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən aqrar sektorda fəaliyyət göstərən 4175 fiziki və hüquqi şəxsə 65,6 milyon manat məbləğində güzəştli kredit verilib. 

“TELEJURNAL” Qafqazinfo – ya istinadən xəbər verir ki, bu barədə Aqrar Tədqiqatlar Mərkəzindən məlumat verilib.

Bildirilib ki, verilən güzəştli kreditlərdən 39,5 milyon manatı texnika və avadanlıq təyinatlı kreditlər, 2,3 milyon manatı orta-iri həcmli kənd təsərrüfatı təyinatlı kreditlər, 23, 5 milyon manatı mikrokreditlərdir.

Bununla yanaşı, 2021-ci ilin yanvar-noyabr aylarında Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Kredit İnkişaf Agentliyi tərəfindən  7607 kənd təsərrüfatı texnikasının satışı müəyyənləşdirilib.

2021 -ci ilin yanvar-noyabr aylarında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən, həmçinin 194 fermerə 6279 baş damazlıq heyvan alışına 0,26 milyon manat məbləğində kredit və 14,1 milyon manat məbləğində güzəşt vəsaiti ayrılıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…