51 baxış
Bu yazını paylaşın
İqtisadi

“Apple Pay” indi “Rabitəbank” müştəriləri üçün də aktivdir

19 Yanvar 2022

“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, bu gündən etibarən “Rabitəbank” müştəriləri banka məxsus istənilən plastik kartla təmassız ödəmə üsulu – “Apple Pay” xidmətindən istifadə edə biləcəklər. Artıq ödəniş kartını başqasına ötürmək, POS-terminalının düymələrinə toxunmaq və ya pulqabında nağd pul saymaq dövrü geridə qaldı.

Təhlükəsizlik və məxfilik “Apple Pay”in əsas üstünlükləridir. “Apple Pay”a əlavə etdiyiniz kredit və ya debet kartının məlumatları cihazda və ya “Apple” serverlərində saxlanmır. Hər bir əməliyyatın təhlükəsizliyi “iPhone”un innovativ texnologiyaları ilə təmin olunur. “Apple Pay”a qoşulmaq da olduqca sadədir: Wallet tətbiqinə daxil olub, + (“üstəgəl”) işarəsini basıb, oradakı təlimatlara əsasən “Rabitəbank” kredit və ya debet kartınızı əlavə etməyiniz kifayətdir. “Apple Pay” işarəsi görəcəyiniz istənilən məkanda elektron cihazınızı POS-terminala yaxınlaşdırmaqla ödənişinizi tamamlayırsınız. “Apple Pay” vasitəsilə həyata keçirilən hər bir əməliyyat etibarlı qorunur, çünki istifadəçi onu “Face ID”, “Touch ID” və ya cihazın parolu ilə təsdiq etməlidir. Bununla yanaşı, müştərilər “Apple Pay” vasitəsilə “iPhone”, “iPad”, “iWatch” və “Mac” cihazlarına yüklənmiş tətbiqlərdə və ya “Safari” internet brauzerlərində açılmış saytlarda rahat və ani alış-veriş edə bilərlər. Beləliklə, artıq qeydiyyatdan keçməyə və uzun məlumat formalarını doldurmağa ehtiyac qalmır.
“Apple Pay” ailəsinə qoşulmuş müştərilər “Rabitəbank”ın öz kart istifadəçilərinə təklif etdiyi keşbek bonusu və endirimlərdən yararlanmağa həmişəki qaydada davam edəcəklər.
“Apple Pay” haqqında daha çoxu ilə “http://www.apple.com/apple-pay/” saytında tanış ola bilərsiniz.
Daha ətraflı – https://rbt.az/apple-pay-rb
“Rabitəbank” ASC Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 73 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması və “RabitaBot” çatbotu, 133 nömrəli Çağrı mərkəzi ilə müştərilərin xidmətindədir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…